“Mecum Auctions” hərrac evi daha əvvəl ABŞ Prezidenti Donald Trampa məxsus olmuş avtomobili satışa çıxarıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Ferrari F430” markalı avtomobil alıcıya Trampın imzası olan sənədlərin nüsxəsi ilə veriləcək.

Avtomobil ümumilikdə 11 min kilometr yol qət edib.

Dəyəri 400-500 min dollar olaraq qiymətləndirilir.