Dizel yanacağının qiymətinin dəyişməsi dizel mühərrikli avtomobillərin qiymətinə müəyyən təsirini göstərib.

Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. .

Ekspertin sözlərinə görə, yanacağın bahalaşması xüsusilə də mühərrik həcmi böyük olan avtomobillərin qiymətinə öz təsirini göstərib:

“Düzdür, təsir o qədər də böyük rəqəmlərlə ifadə olunmur, ancaq az da olsa hiss olunur, yəni dizel mühərrikli avtomobillərin qiymətində müəyyən qədər azalmalar müşahidə olunur”.fins.az