Kanada 2035-ci ilə qədər benzinlə işləyən maşınlardan imtina etməyi planlaşdırır.

Bu barədə ölkənin maliyyə nazirinin müavini Mona Fortye məlumat verib. 

Onun sözlərinə görə, Kanada benzinlə işləyən minik və yük maşınlarının satışından imtina edəcək.

Fortyer əlavə edib ki, belə bir tədbir hakimiyyət orqanlarına 2050-ci ildə atmosferdə sıfır karbon emissiyasının buraxılmamasına nail olmaq hədəfinə yaxınlaşmağa imkan verəcək. Hökumət 2025-ci ildən elektriklə işləyən maşınların satışını 10 faiz artırmaq niyyətindədir.