BMT-nin Baş katibi Antonio Quterreş noyabr ayında Bakıda keçiriləcək BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransında (COP29) iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş TASS-ın baş direktorunun birinci müavini Mixail Quzmanla eksklüziv müsahibəsində deyib

“Bəli, əlbəttə. Mən hər zaman COP-un sammitlərinin açılış və bağlanış mərazimlərində iştirak edirəm. Ümidvaram ki, məhz bu konfrans dəyişikliklərin baş verəcəyi bir tədbir olacaq. Biz uçuruma getdiyimizi qlobal səviyyədə məhz bu konfransda dərk edəcəyik” – deyə o qeyd edib.

 

Gözəl Həşimova