Bu ilin yanvar-may aylarında Gürcüstanın benzin və dizel yanacağının idxalı illik müqayisədə 14,4% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqı məlumat yayıb.

Bütün idxalçı ölkələr arasında ən böyük pay Rusiyanın payına düşür. Rusiya bu ölkəyə 261,9 min ton yanacaq ixrac edib.

Məlumata görə, beş ayda benzin və dizel yanacağının ölkəyə idxalı 502,1 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,3 min ton çoxdur. Benzinin idxalı 251,6 min ton, dizel idxalı isə 250,4 min ton təşkil edib.

Bu dövrdə həmçinin Bolqarıstan, Rumıniya, Azərbaycan, Belarus, Türkmənistan və bir sıra başqa ölkələrdən də Gürcüstana benzin və dizel yanacağı gətirilib.

 

Gözəl Həşimova