Bakıda potensial təhlükəli sürüşmə sahələrində yamac dayanıqlığının artırılması məqsədi ilə bərpa işləri aparılacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hazırlıqlara başlayıb.

Qeyd edilib ki, bu məqsədlə qazılmış 37 ədəd drenaj quyusu bərpa olunacaq və 24 ədəd drenaj quyusu isə ləğv ediləcək.

Xatırladaq ki, paytaxtda potensial təhlükəli sürüşmə sahələrində yamacın dayanıqlığının artırılması məqsədi ilə qazılmış quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib. Bir neçə il əvvəl şəhərdə sürüşmə sahəsində aparılan geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssislər də cəlb olunmuşdu.