İspaniya millisinin və "Barselona"nın 16 yaşlı hücumçusu Lamin Yamal Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməmək qərarına gəlib.

İqtisadiyyat.az “Football Espana”ya istinadən xəbər verir ki, o, İspaniya olimpiya yığmasından dəvət alıb.

“Oyun vaxtı mənim yaşıma görə çoxdu. Mən Olimpiya Oyunlarında iştirak etməmək qərarına gəldim, çünki AÇ-2024-də iştirak edirəm və 100 faiz diqqətimi bu turnirə yönəltmək istəyirəm” deyə Lamin Yamal bildirib.

Futbolçu AÇ-2024-də onlayn imtahan verib və icbari orta təhsilini başa vurub.

Paris Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

AÇ-2024-ün 1/8 finalında İspaniya yığması iyunun 30-da Gürcüstan komandası ilə mübarizə aparacaq.