Finlandiya hakimiyyət orqanları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqramının dəstəklənməsinə dair saziş imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saziş çərçivəsində ölkə Ukraynaya 500 min avro ayıracaq.

Bildirilib ki, bu proqram Ukraynada islahatların aparılması üçün siyasətin qiymətləndirilməsi və potensialın gücləndirilməsini əhatə edir.

 

Gözəl Həşimova