General Motors konserninin dizaynerləri İnternetdə Chevrolet kupesinin gələcəkdə necə görünə biləcəyini əks etdirən eskizlərini yayımlayıblar.

Bəlkə də nə vaxtsa, belə futuristik dizayn markanın gələcək idman avtomobillərinin əsasını təşkil edəcəkdir. Dərc edilmiş təsvirlərdə yeni layihəni yalnız arxa və yan tərəfdən görmək mümkündür. Prototip, hamar xətlərə və arxa tərəfindəki geniş oyuqları olan uzun ikiqapılı kupedir.

Bu oyuqlarda GM dizaynerləri nazik LED işıqları da yerləşdirməyə müvəffəq olublar.