Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub. 

İqtisadiyyat.az xəbər verir ki, Heydər Əliyev Fondundan “Qafqazinfo”ya verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək. 

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.

***

08.34

Əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.

İqtisadiyyat.az REPORT-a istinadən xəbər verir ki, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Xatırladaq ki, sənətkar bu ayın əvvəlində xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub.