Yanvar-may aylarında Azərbaycandan MDB ölkələrinə 447 milyon 218 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən azərtac-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 11 milyon 395 min dollar çoxdur.

Beş ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 256 milyon 527 min dollar olub.