Suraxanı, Binəqədi rayonunda və “Mərdəkan bağları” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan İqtisadiyyat.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Bağlar massivində, Bülbülə və Yeni Suraxanı qəsəbəsində, həmçinin Binəqədi rayonu, Məlik Aslanov küçəsində və Xəzər rayonu, Mərdəkan yeni yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.