"OPEC+" Nazirlərin Monitorinq Komitəsi qlobal neft bazarındakı vəziyyəti müzakirə etmək üçün bu gün videokonfrans vasitəsilə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

Məlumata görə, planlaşdırılan hasilatın azaldılması fonunda neft bazarındakı vəziyyət müzakirə ediləcək.

Bildirilib ki, may-iyun aylarında sazişdə iştirak edən ölkələrin neft hasilatının azaldılması üzrə öhdəliklərinin yerinə yetirilməsi də nəzərdən keçiriləcək.

 

Gözəl Həşimova