"Neft iqtisadiyyatın digər sektorlarından təcrid olunmuş vəziyyətdə işləmir".

İqtisadiyyat.az xəbər verir ki bu barədə OPEC-in baş katibi Haysam əl-Geys bildirib.

"OPEC hesab edir ki, neft enerjinin inkişafında ən mühüm komponent olaraq qalacaq. OPEC neft və elektrik enerjisi arasındakı əlaqəyə xüsusi diqqət yetirir. Belə ki, lektrik enerjisinin ötürülməsini təmin etmək üçün bir çox neft məhsullarından istifadə edilir", - deyə o qeyd edib.

 

Gözəl Həşimova