Azərbaycandan bu ilin may ayında Türkiyəyə 1 milyard 8 milyon 580 min kubmetr təbii qaz ixrac olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun may ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Bununla da Azərbaycan Türkiyənin ən böyük təbii qaz ixracatçısı olub. Azərbaycanı 734 milyon 410 min kubmetrlə Rusiya və 593 milyon 490 min kubmetrlə İran izləyib.

Hesabat dövründə Türkiyənin ümumi təbii qaz idxalı isə illik müqayisədə 21,9% azalaraq təxminən 2 milyard 882 milyon 340 min kubmetrə enib.

 

Gözəl Həşimova