Xocavənd rayonunda 35 kV-luq iki dövrəli ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər (SİP-3)) elektrik veriliş xəttinin çəkilişinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Azərışıq" ASC hazırlıqlara başlayıb.

Qeyd edilib ki, işlər Hadrut qəsəbəsi, Tuğ kəndi və ətraf kəndlərin xarici elektrik təchizatının təmin olunması məqsədini daşıyır.