Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Zirə” və “Sabah” komandaları bu gün də sözügedən turnirdə növbəti matçlarına çıxacaqlar.

“Zirə” səfərdə Slovakiyanın “Dunayska Streda” komandasının qonağı olacaq. “Sabah” isə doğma meydanda İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edəcək. Təmsilçilərimizin hər ikisi ilk oyunda darmadağınla qalib gəlib. Onlar cavab görüşlərində bu üstünlüyü əldən verməməyə çalışacaqlar.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları

1 avqust

20:00. Sabah – Makkabi (Hayfa)

Hakimlər: Peter Kraloviç, Tomaş Straka, Matey Zemko, Boris Marhefka (hamısı Slovakiya).

Masazır. “Masazır Arena”.

İlk oyun – 3:0.

22:30. Dunayska Streda – Zirə

Hakimlər: Yovan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (hamısı Şimali Makedoniya).

Dunayska Streda. “DAC Arena”.

İlk oyun – 0:4.