Qlobal su ehtiyatlarının yalnız 3%-i şirin su şəklində mövcuddur. Bunun çox hissəsi buzlaqlar və 97%-i dəniz suyudur. İqlim dəyişikliyi və əhalinin artımı kimi amillərin şirin su mənbələrindən gələcəkdə suyun mövcudluğuna ciddi təsir göstərəcəyi gözlənilir.

İqtisadiyyat.az-ın araşdırmasına görə, qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi və termal genişlənmə dəniz səviyyəsinin ildə 3,3 mm qalxmasına səbəb olur. Bu, duzlu suyun içməli su təchizatına daxil olmasına gətirib çıxarır. Amma mütəxəssislər bunun əhalinin sağlamlığına zərərliliyini tədqiq ediblər.

Yer üzündə bir milyarddan çox insanın təmiz şirin suya çıxışı olmadığı təxmin edilir. Şirin su anbarlarının ümumi həcmi mövcud tələbatı ödəmək üçün kifayət edə bilər. Lakin təəssüf ki, su anbarlarının paylanması dünya üzrə əhalinin paylanması ilə uyğun gəlmir.

Braziliya qlobal şirin su ehtiyatlarının təxminən 12%-nə sahib olmaqla dünyanın ən yüksək şirin su ehtiyatlarına malik ölkəsidir.

Qlobal su sənayesi dünyanın ən kritik sektorlarından biridir. Bu sektor təkcə dünya əhalisini içməli su xidmətləri ilə təmin etmir, həm də sənaye və kənd təsərrüfatı sektorlarını təmin edir.

Araşdırmalara görə, su sənayesinə təzyiqin növbəti illərdə artacağı gözlənilir, çünki iqlim dəyişikliyi bütün dünyada suyun mövcudluğunu azaldır və əhali artmağa davam edir.

Bəs hansı sektorda daha çox su istehlak edilir?

Kənd təsərrüfatı bütün dünyada ən çox su istehlak edən sahədir. Təkcə bu cür fəaliyyətlər qlobal su istehlakının demək olar ki, dörddə üçünü təşkil edir. Kənd təsərrüfatının əsas su istehlakçısı olmadığı yeganə qitə Avropadır. Belə ki, bu bölgədə sənaye fəaliyyətlərində daha çox sudan istifadə edilir.

Çirkab suların təmizlənməsi kimi, təhlükəsiz içməli suya çıxış inkişaf etmiş regionlarda xeyli yüksəkdir. Bu arada, təhlükəsiz içməli suya çıxış Afrikada ən aşağı səviyyədədir.

Dünya üzrə ən çox su istehlak edən region isə Asiyadır. Bu bölgə 2020-ci ildə 2,6 trilyon kubmetrdən çox su istehlak edərək dünya üzrə lider olub. Bu göstərici həmin il qlobal su istehlakının təxminən üçdə ikisini təşkil edib.

Region

Su istehlakının həcmi

Asiya

2,636 trilyon kubmetr

Amerika

853 milyard kubmetr

Avropa

286 milyard kubmetr

Afrika

238 milyard kubmetr

Okeaniya

19 milyard kubmetr

 

Araşdırmalara görə, İslandiya dünya üzrə adambaşına düşən ən böyük bərpa olunan şirin su ehtiyatlarına malik ölkədir və 2022-ci ilə qədər hər bir sakinə təxminən 445 min kubmetr su düşüb.

 

Gözəl Həşimova