Dünyanın ən böyük xam neft idxalçısı olan Çində tələbatla bağlı narahatlıqlar fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 32 sent və ya 0,4% ucuzlaşaraq 79,46 dollar olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 36 sent və ya 0,5% azalaraq 75,45 dollara enib.

 

Gözəl Həşimova