İsrail ordusunun hədəfi olan Qəzza zolağının cənubunda yerləşən Rəfahdan son 3 həftədə 1 milyon insan didərgin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

Bildirilib ki, bölgədə qida və su qıtlığı hökm sürür.

Qeyd edək ki, İsrail və HƏMAS qruplaşması arasında Qəzza bölgəsində davam edən döyüşlərdə ölənlərin sayı 36 096-a yüksəlib.

 

Gözəl Həşimova