Çin adada güc tətbiq etsə və hərbi əməliyyatlara başlasa, Birləşmiş Ştatlar Tayvana ordusunu cəlb edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden “Time” jurnalına müsahibəsində deyib.

“Mən ABŞ-nin hərbi gücündən istifadəni istisna etmirəm. Quruda yerləşmə, hava qüvvələri, dəniz qüvvələri və sair arasında fərq var”, - Bayden bildirib.

O həmçinin qeyd edib ki, ABŞ əvvəlki administrasiyaların siyasətini davam etdirərək adanın suverenliyini rəsmi olaraq tanımayacaq.

Bundan əvvəl ikipartiyalı bir qrup amerikalı konqresmen Çinin xəbərdarlığına məhəl qoymayaraq Tayvana səfər edib və həmçinin yeni qərargah rəisi Lai Qingde ilə görüşüb. Nümayəndə heyətinin rəhbəri konqresmen Maykl Makkol görüş zamanı Pekini adanın suverenliyini pozmaqda ittiham edib.