Bu gün Əhmədlidə hipermarketə hücum edən şəxslər külli miqdarda vəsaiti ələ keçirərək ərazidən uzaqlaşıblar. 

Baş Prokurorluq və DİN-nin yaydığı rəsmi məlumata görə, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

İqtisadiyyat.az xəbər verir ki, “Operativ Media” ələ keçirilən vəsaitin nə qədər olduğunu araşdırıb. 

Belə ki, rəsmi məlumatda qeyd olunan "Külli miqdar" hüquqi ifadəsi CM-də vəsaitin əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ olduğunu ifadə edir. 

"Operativ Media"nın gəldiyi qənaətə görə, axtarışda olan şəxslər azı 50 min manatı ələ keçiriblər.