İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlaklarını sığortalayacaq.

İqtisadiyyat.az xəbər verir ki, Fond bununla bağlı "Paşa Sığorta" ilə 4,8 milyon manat dəyərində üç illik müqavilə bağlayıb.

Prosedur üç formada (daşınmaz əmlakın könüllü sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası) aparılacaq.

"Paşa Sığorta" 1 762 940 714,10 manat dəyərində 14 261 ədəd daşınmaz əmlakın könüllü sığortasını, Bakı şəhəri üzrə 2604 ədəd, Sumqayıt şəhəri üzrə 5608 ədəd, Abşeron rayonu, o cümlədən Xırdalan şəhəri üzrə 6049 ədəd daşınmaz əmlakın icbari sığortasını, həmin rayon və şəhərlər üzrə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını həyata keçirəcək.