Ümumi bazar dəyəri təxminən 18 trilyon dollar olan dünyanın 10 ən böyük texnologiya şirkəti ötən il ümumi daxili məhsulu (ÜDM) 17,6 trilyon dollar olan Çini geridə qoyub.

İqtisadiyyat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Companies Market Cap" internet saytının hesabatında deyilir.

Dünyanın ən böyük texnologiya şirkətlərinin səhmləri və bazar qiymətləri araşdırıldığında, "Apple" 3,4 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ən dəyərli şirkətidir. 2007-ci ilin yanvarında 73,8 milyard dollar olan şirkətin bazar dəyəri bir il sonra 120 milyard dollara yüksəlib.

"Apple"ı 3,3 trilyon dollar dəyərlə "Microsoft" izləyir. "Microsoft"un bu yaxınlarda bazar dəyərində əhəmiyyətli artım qeydə alınıb. Şirkətin dəyəri 2023-cü ilin iyulundakı 2,5 trilyon dollardan 3,3 trilyon dollara çatıb.

Siyahıda 3-cü yerdə olan "NVIDIA"nın bazar dəyəri 1,2 trilyon dollardan 3 trilyon dollara yüksəlib.

 

Gözəl Həşimova