Daxili İşlər Nazirliyi naməlum şəxsin marşrut avtobusuna hücum etməsinə münasibət bildirib.

Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

"Həmin şəxsin orta dərəcəli sərxoş olması müəyyən olunub. Hazırda aidiyyatı üzrə polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən hadisənin təfərrüatı aydın olacaq".