İqtisadiyyat.az Fövqəladə Hallar nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Suzuki” markalı iki yük avtomobilinin kabinə hissəsi, bir avtomobil qoşqusu və ümumi sahəsi 5 m² olan dəmir köşkün içərisində avtomobil ehtiyat hissələri yanıb. Yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Digər belə hadisə isə Nizami rayonunda qeydə alınıb. Belə ki, “İran Khodro” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;