Rejissor Emil Abdullayev vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gecə 41 yaşında dünyasını dəyişib.

E.Abdullayev xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, rejissor E.Abdullayev Azərbaycanın bir çox televiziya kanallarında çalışıb.