"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

İqtisadiyyat.az xəbər verir ki, sorğuda iştirak haqqı 70 manatdır.

İddiaçılar təkliflərini iyunun 3-nə qədər AzTV-yə - Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 1 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 3-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.