"Can Azərbaycandan gələn "Azərbaycan Gənclik Vəqfi"nin 100 üzvü zəlzələnin mərkəzi olan Kahramanmaraşdakı əməliyyatlarda iştirak edirlər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat "Sabah"da yer alıb. Məlumatda qeyd edilir ki, Azərbaycandan gələn gənclər zəlzələ bölgəsində göstərdikləri fəaliyyətlə qardaş dövlət olduğumuzu hər kəsə göstərirlər:

"Azərbaycanlı gənclər yardım ləvazimatlarını daşıyır, uşaqlarla oyunlar oynayıb onları əyləndirir, bəzən də zəlzələdən əziyyət çəkənlərlə birgə ağlayırlar. Harada ehtiyac varsa, Azərbaycanlı gənclər orada olurlar. "Azərbaycan Gənclik Vəqfi" "Türkiyə Gənclik Vəqfi" ilə birgə fəaliyyət göstərir".