Ötən il Azərbaycanda axtarışda olan nəqliyyat vasitələrinin sayı məlum olub.

2020-ci ildə 16 nəqliyyat vasitəsi axtarışa verilib. Belə ki, axtarışda olan nəqliyyat vasitələrindən 6-sı motosiklet, 1-i “Tofaş” və 9-u isə “VAZ” markalı avtomobildir.

Qeyd edək ki, 2005-ci ildən 2020-ci ilədək Azərbaycanda 344 nəqliyyat vasitəsi axtarışa verilib.