Logo

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında dünyasını dəyişib


Azərbaycan Ordusunun hərbi qulluqçusu Zahid Səlimov yol qəzası nəticəsində dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Bildirilib ki, hadisə Füzuli rayonu ərazisində baş verib.

Qəza nəticəsində 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

2022-05-14 13:44:00 1650
Teqlər: