Azexport.az portalı nümayəndələri ABŞ-nın Kaliforniya, Vaşinqton və Nyu York şəhərlərində yerli şirkətlərin nümayəndələri ilə 50-yə yaxın görüşlər keçirib.  
Görüşlər iri şirkət nümayəndələri yəni əsas məhsul idxalçıları baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, Azexport portalı vasitəsilə Azərbaycan məhsullarının təqdimatı keçirilib. Azexport portalının rəhbəri Ayxan Qədəşov deyir ki, məhsullara maraq böyük olub. Hazırda da danışıqlar davam edir. 
Azərbaycan məhsulları ABŞ-nın əsasən Atklantik okeanı sahilində və digər ştatlarda təqdim edilib.  

“İlkin nəticələr var artıq. Mürəbbə, müxtəlif qazsız içkilər, alkoqolsuz içkilər, yerli istehsal olan meyvə çipsləri, cemlər, və s məhsulların ixracı ilə bağlı işlər gedir.Qeyri qida sahəsi ilə bağlı da yerli istehsal  kosmetik vasitələrin ixracı ilə bağlı da danışıqlar gedir. Hazırda məhsullarım vdi sertifikatı və digər lazımi sənədləşmə qaydalarının aparılması işi gedir. Bununla yanaşı məhsulların Amerika standartlarında qablaşdırılmaıs həyata keçirilir”.

Mövcud geosiyası vəziyyətin dəyişməsi Amerikada qida məhsullarına tələbatı artırıb.  Bu da Azərbaycan malları üçün yeni bazarlar deməkdir. Daha bir məsələ, yolun uzaq olmasıdır. Bu amil nəzərə alınaraq. Azərbaycan məhsullarının Amerikaya fasiləsiz çatdırılması üçün loqistika imkanları da müzakirə olunur.
Ümumiyyətlə isə, 2022-ci ilin  yanvar-sentyabr aylarında Azexport.az portalına 356,3 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub.
Həmçinin 2022-ci ilin sentyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərində alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, aliminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və s. məhsullar üstünlük təşkil edib.