2020-ci ildə Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı 23,7% azalıb.

Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi məlumat yayıb.

Qeyd olunur ki, bu, Aİ-nin avtomobil bazarına dair statistik göstəricilər tarixində (1990-cı ildən bəri) ən ciddi azalmadır. İl ərzində Aİ ölkələrində 9,94 mln. avtomobil satılıb. Satışlarda ikirəqəmli azalma qeydə alınıb. Belə ki, yeni avtomobillərə olan tələbatın ən ciddi azalması İspaniyada (-32,3%) olub. İtaliyada azalma 27,9%, Fransada – 25,5%, Almaniya isə 19,1% olub.