Ötən ay avrozonada pərakəndə satışlar  sabit qalsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalıb.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə Avropa Statistika İdarəsi məlumat yayıb. 

AB ölkələri arasında pərakəndə satışlarda bir əvvəlki aya görə ən yüksək azalma 5,8 faiz ilə Slovakiyada, 3,7 faiz ilə Rumıniyada müşahidə olunub.