Avropa İttifaqı Rusiyanın ümumilikdə 68 milyard avro dəyərində aktivlərini dondurub.

Aktivlərin əsas hissəsi Belçika (50 milyard avro dəyərində) və Lüksemburqda (5,5 milyard avro) dondurulub. Məlumata görə, bu iki ölkə, həmçinin Almaniya, İrlandiya, İtaliya, Avstriya və Fransa dondurulmuş aktivlərin 90%-dən çoxunu təşkil edir.

Bu arada Rusiyanın milli ehtiyatları 33,8 milyard avroya bərabər ola bilər, baxmayaraq ki, dəqiq rəqəm hələ məlum deyil.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən bloklanan Rusiya aktivlərinin məbləği 17,5 milyard avro təşkil edir. Sanksiya altında olan 1350 şəxs və qurumun aktivləri təhlükə altındadır.