Almaniya, Fransa və Böyük Britaniya ilə İran arasında ticarət etmək məqsədilə 'İnstex' adlı ödəniş mexanizmi yaradılıb.
İqtisadiyyat.az “Anadolu Xəbər Agentliyi”nə istinadən xəbər verir ki, Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri Rumıniyanın paytaxtı Buxarestdə birgə bəyanatla “İnstex” mexanizminin yaradılmasını açıqlayıblar.

Fransa xarici işlər naziri Jean-Yve Le Drian, İngiltərə və Almaniyanın ticari fəaliyyətə xüsusi vasitə dəstəyi (İnstex) ilə mexanizm qurduqlarını, xüsusilə sağlamlıq və qida sənayesi ilə İranla ticarət etmək istəyən Avropalı şirkətlər bunu qanuni bir şəkildə edə biləcəyini söyləyib.

,Bunun İran üçün əhəmiyyətli bir jest olduğunu və nüvə razılaşmasına əlaqələrini göstərdiyini deyən Le Drian, 'İran nüvə razılaşmasına əməl etdiyi müddətdə ticarət və maliyyə fəaliyyətini davam etdirəcəyik'. deyib.

Le Drian, İranın bölgənin təhlükəsizliyi üçün müqavilələrə hörmət etməsi lazım olduğunu vurğulayıb.

Eyni zamanda Avropanın maraqlarını müdafiə etdiklərini ifadə edən Le Drian. bu mexanizmin digər ölkələr tərəfindən dəstəklənməsini istəyib.

Britaniya Xarici İşlər Naziri Jeremy Hunt, İranın nüvə razılaşması çərçivəsində bu gün əhəmiyyətli bir addım atıldığını deyərək, mexanizmin AB ilə İran arasında qanuni ticarətlə işə salınacağını söyləyib.

'Bu, İranın 2015-ci ildə olan tarixi nüvə razılaşmasını tam tətbiq etdiyi müddətcə, əlaqələrimizin aydın, praktik sübutudur' deyən Hunt, bu ticarət mexanizmi ilə xüsusilə İran xalqının əsas ehtiyaclarının qarşılanacağını söyləyib.

Hunt, bu maddələri istehlak malları olaraq qida, tibbi təchizat və dərman vasitələri ilə sıralayıb.

Hunt bir daha regional təhlükəsizliyin mühüm elementi kimi İranla nüvə razılaşmasına sadiq olduqlarını vurğuladı. “Buna baxmayaraq, bu öhdəlik İranın düşmən və qeyri-sabitlik fəaliyyətlərinə qarşı durmamıza mane ola bilməz ' deyə İngiltərənin xarici işlər naziri bildirib.

Almaniya Xarici İşlər Naziri Heiko Maas, İnstexin əhəmiyyətinə toxunaraq, Fransa, İngiltərə və Almaniya olaraq İranla nüvə razılaşmasını qorumaq üçün əhəmiyyətli bir addım atıldığını deyib. “Bu mexanizmlə hərəkət etmək bacarığımız olduğunu göstəririk. Nüvə razılaşmasına inandığımızı göstəririk. Çünki bunun birbaşa Avropanın təhlükəsizlik maraqlarına təsir etdiyini düşünürəm”.

Maas bununla yanaşı olaraq, İranla Suriya və ballistic raketlər mövzusunda dadanışıqlar aparılacağını bildirib.