İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışlarının davam etdiyi ərazidə 3 xilasedici itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “İran İnternational” Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinə istinadən xəbər verir.

Hadisəyə səbəb kimi pis hava şəraitinin olduğu qeyd edilir. İran mediasının xəbərlərinə görə, yağış səbəbindən yolda palçıq əmələ gəlib və axtarış ərazisinə ancaq piyada getmək mümkündür.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Xilasedicilər axtarışları davam etdirirlər.