Rusiya İran prezidenti İbrahim Rəisinnin olduğu helikopterin axtarışına lazımi yardım göstərməyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz üçüncü vertolyotun sərnişinlərinin, o cümlədən İranın yüksək rütbəli nümayəndələrinin də taleyi ilə bağlı yayılan məlumatları diqqətlə izləyirik. Rusiya itkin düşən helikopterin axtarışı və insidentin səbəblərini araşdırmaq üçün bütün lazımi yardımı göstərməyə hazırdır”, - deyə o qeyd edib.