Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.

Sənaye məhsulunun 64,6 %-i mədənçıxarma sektorunda, 29,3 %-i emal sektorunda, 5,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,3 % artıb.

Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 55 %, tikinti materiallarının istehsalı 44,6 %, mebel istehsalı 36,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 31,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,5 %, içkilərin istehsalı 27,5 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 %, tütün məmulatlarının istehsalı 19,2 %, geyim istehsalı 19,1 %, elektrik avadanlıqlarının istehsalı 17,7 %, hazır metal məmulatlarının istehsalı 12,6 %, kimya sənayesi məhsullarının istehsalı 8,6 %, əczaçılıq məhsullarının istehsalı 6,4 %, neft məhsullarının istehsalı 5,3 %, qida məhsullarının istehsalı 0,7 %, kağız və karton istehsalı 0,4 % artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 8,6 %, poliqrafiya məhsullarının istehsalı 8,6 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 11,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 13,9 %, maşın və avadanlıqların istehsalı 16,8 %, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 %, sair sənaye məhsullarının istehsalı isə 59,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,6 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,2 % artıb.