Atəşgah Sığorta Telemarketinq xidmətinin mütəxəssisi işçi axtarır.

Namizədə tələblər

• Yaş: 21-30
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan (əla), Rus dili(əla), ingilis dili (arzuolunan)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı,yüksək nitq mədəniyyəti
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
• Səlis, aydın, əmin danışıq tərzi
• Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri

• Telefon vasitəsilə sığorta məhsullarının satışı
• On-layn alış və sorğuların cavablanması və monitorinqi
• Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 10:00 - 17:30
• Sabit əmək haqqı 350-400 AZN + aylıq motivasiya
• İş yeri :Baş ofis

Məlumatlandırıcı qeydlər

• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq xidmətinin mütəxəssisi ” qeyd etmələri xahiş olunur.