"Qalatasaray" uzun müddətdir gözlənilən Nikolo Zaniolonun "Atalanta"ya transferini rəsmən açıqlayıb. Açıqlamada "sarı-qırmızılılar" Atalanta ilə etdiyi razılaşmanın detallarını paylaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Qalatasaray"la "Atalanta" arasında bağlanan müqaviləyə əsasən, İtaliya komandasının şərti olaraq məcburi satınalma opsionu var. Zaniolonun satışının 15,5 milyon avro olduğu və "Atalanta"nın icarə haqqı olaraq "Qalatasaray"a 6 milyon 400 min avro ödəyəcəyi bildirilib.

Əlavə olaraq, müqaviləyə maksimum 2.000.0000 avro məbləğində şərti bonus daxildir.