Rusiyalı milyarderlərin sərvəti bu ilin yanvar-iyun aylarında 28,749 milyard dollar artaraq 354,99 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) məlumat yayıb.

Belə ki, bu dövrdə Rusiyanın ən varlı vətəndaşlarının aktivlərinin dəyər artımı 8,8% təşkil edib.

Bu dövrdə Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun sərvəti 3,54 milyard dollar artaraq 28,2 milyard dollar olub. Bununla da V.Ələkbərov Rusiyada sərvətini ən çox artıran ikinci milyarder olub.

Siyahıda birinci yerdə "Norilsk Nikel"in əsas sahiblərindən biri olan Vladimir Potanin qərarlaşıb. Onun sərvəti 32 milyard dollara yüksəlib.

 

Gözəl Həşimova