Almaniyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk qarşılaşmasında İspaniya millisi Almaniya ilə üz-üzə gəlib.

Əsas vaxtı 1-1 hesabı ilə başa çatan matçda İspaniya millisi əlavə vaxtda qol vuraraq 2-1 hesabı ilə qələbə qazanıb.

AÇ-2024

1/4 final mərhələsi

5 iyul

20:00 İspaniya – Almaniya 2:1

Qollar: D.Olmo, 51, M.Merino, 119 – F.Virts, 89