Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general leytenant Zakir Ağayev ilə  Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov vəzifələrindən azad edilib.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Belə ki, general Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi verilmişdi.

Məlumat Müdafiə Nazirliyindən təsdiq edilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz arzuları ilə ehtiyata buraxılıblar.