Almaniyada keçirilən 2024-cü il futbol üzrə Avropa çempionatında sabah yarımfinal oyunlarına start veriləcək.
İqtisadiyyat.az xəbər verir ki, turnirin yarımfinalında İspaniya-Fransa və Niderland-İngiltərə qarşılaşmaları keçiriləcək.
AÇ-2024-ün yarımfinal matçları öncəsi İspaniyanın “Marca” qəzeti turnirdə dəyərini ən çox artıran 10 futbolçunu tərtib edib.
2024-cü il Avropa Futbol Çempionatında dəyəri ən çox artan futbolçuları təqdim edirik:
Cole Palmer - 25 milyon avro artım
Florian Wirtz - 15 milyon avro artım
Fil Foden - 20 milyon avro artım
Arda Gülər - 15 milyon avro artım
Fermin Lopez - 15 milyon avro artım
Aleks Baena - 15 milyon avro artım
Kobbie Mainoo - 15 milyon avro artım
Yosip Stanişiç - 10 milyon avro artım
Adam Wharton - 10 milyon avro artım