“AccessBank” QSC adi səhmlərin nominal dəyərinin dəyişdirilməsini elan edir.

İqtisadiyyat.az xəbər verir ki, bank hər bir adi səhminin nominal dəyərinin 4,25 AZN-dən 2,00 AZN-ə redenominasiyasını və müvafiq olaraq nizamnamə kapitalını azaldır.

Bank qeyd edir ki, adi səhmlərinin nominal dəyərinin azaldılması başa çatdıqdan sonra səhmlərin sayı və səhmdarların strukturu dəyişməz qalacaq. Bankın məcmu kapital vəziyyəti dəyişməyəcək və requlyativ normanın minimum tələblərindən təxminən üç dəfə artıq qalacaq. 

Qeyd edək ki, “AccessBank” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Bankın nizamnamə kapitalı 270 106 912.25 manatdır.