Almaniyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, günün ikinci matçında Portuqaliya Fransa millisi ilə qarşılaşıb. Oyun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada 5:3 hesabı ilə daha dəqiq olan Fransa yarımfinala adlayıb.

Yarımfinalda İspaniya və Fransa üz-üzə gələcək.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.

5 iyul

AÇ-2024

1/4 final

23:00. Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".