Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Elçin Həsənov məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ona qarşı rayon məhkəməsində iddia qaldırıb.

Buna səbəb isə rəisin sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməməsi göstərilir.

Belə ki, DƏMX E.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən protokol tərtib edib.

Hazırda protokol hakim Ülviyyə Şükürovanın sədrliyi ilə araşdırılır.

Rəisin barəsində protokol tərtib olunan maddədə deyilir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.