Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanla telefonla danışıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan iranlı həmkarını seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Onlar ikitərəfli və regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə lideri ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.