Apple şirkətinin ilk avtomobili olacaq iCar layihəsi barədə yeni detallar məlum olub. Hyundai Motor şirkəti rəsmi olaraq Amerikanın texnoloji nəhəngi ilə birlikdə batareyaların yaradılması və avtomobil yaratmaq üçün danışıqlar apardığını təsdiqləyib.

Bu günə danışıqlar ilkin mərhələdədir. Bundan əlavə, Hyundai təmsilçilərinin sözlərinə görə, Apple digər böyük avtomobil istehsalçılarını da mümkün tərəfdaşlar kimi nəzərdən keçirir və hələlik heç bir qərar verməyib. Mümkün əməkdaşlığın elanından sonra Hyundai şirkətinin Cənubi Koreyadakı səhmləri 19%, şirkətin ümumi kapitallaşması isə 9 milyard dollar artıb.